Bollivud ulduzu Bakıdadır

27 İyun 2017 13:11

Bollivudun məşhur aktyoru, Hindistanın “Şirin bəla” serialında yaratdığı obraza görə həm Türkiyədə, həm də Azərbaycanda populyarlaşan Avinash Sachdev paytaxtımızın qonağıdır. İlk dəfə Bakıya gələn Avinash təssüratlarını belə açıqladı. "Şirin bəla"da yaratdığı obraz aktyora İran, Ərəb və Latın Amerikası ölkələrində şöhrət qazandırıb. Həmin ölkələrdən dəfələrlə dəvətlər alsa da, aktyor səfər üçün Azərbaycanı seçib. Bu səfərin baş tutmasında isə "Azərbaycan Türkiyə Evi" və "Azəri-Türk" Qadınlar Birliyinin danılmaz əməyi var. Aktyor Hindistanda keçirilən gözəllik yarışmasında dəfələrlə iştirak edib. Müxtəlif reklam çarxlarında çəkilib. Onun kino sahəsindəki uğurları da bundan sonra başlayıb. İlk dəfə 2004-cü ildə “Hatim” serialındakı “Shehzad” rolu ilə öz ölkəsində tanınıb.


XƏYALƏ VAQİFQIZI