Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26 İyun 2017 16:04

Müğənni, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyeva vəfat edib. Xalq artisti uzun müddətdir ürək və böyrək çatışmazlığından əziyyət çəkirdi. O, bir neçə gün öncə xəstəxanaya yerləşdirilib. Sənətkar 1949-cu ildə Füzuli rayonunda anadan olub. 1976-1980-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib. Allah rəhmət eləsin!