Bəzi sahibkarlar işçilərin hüquqlarını pozur

20 İyun 2017 17:30

Bu gün Azərbaycan əhalisinin sayı 10 milyon nəfərdir. Məşğul əhalinin sayı isə 4,6 milyon nəfər təşkil edir. Məşğulların 33%-i əmək münasibətləri ilə tənzimlənib. Bu açıqlamanı Sumqayıtda "Əmək münasibətlərinin tənzimlənməsi və koordinasiyası" mövzusunda keçirilən tədbirdə baş nazirin müavini Əli Əhmədov verib. Baş nazirin müavininin sözlərinə görə, hazırda hökuməti narahat edən əsas problemlərdən biri qara mühasibatlığın olmasıdır. Bəzən işəgötürənlər işçilərin hüquqlarını lazımi səviyyədə qoruya bilmirlər. Bu səbəbdən əmək münasibətlərinin tənzimlənməsinə ciddi fikir verilməlidir ki, gələcəkdə pensiya alanların hüquqları pozulmasın. Bu baxımdan sahibkarların lazımi addımları qabaqcadan atmaları vacibdir. Məqsəd isə sahibkarlığın genişləndirilməsidir. Tədbirdə həmçinin qeyd olunub ki, son 12 ildə ölkə iqtisadiyyatı 3,5 dəfə artıb, yoxsulluq həddi 50%-dən 5-6%-dək azalıb. Bu illər ərzində 1,5 milyon yeni iş yeri açılıb.


RAMİL ZEYNALLI