Pensiyaçılara ŞAD XƏBƏR

20 İyun 2017 13:42

Azərbaycanda iyun ayı üzrə pensiya ödənişləri vaxtından əvvəl başa çatdırılacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. Nazir bildirib ki, pensiyaların verilməsi Ramazan bayramına kimi yekunlaşacaq: "Bunun üçün kifayət qədər valyuta ehtiyatı var". Qeyd edək ki, iyunun 26-27-də ölkədə Ramazan bayramı qeyd ediləcək.