Qızıl külçələr müsadirə edildi

19 İyun 2017 17:26

Külli miqdarda qızıl külçənin ölkədən çıxarılmasının qarşısı alınıb. Dövlət Gömrük Komitəsi və Biləsuvar Gömrük İdarəsinin əməkdaşları "Qoşa Təpə" postunda Azərbaycandan İrana gedən ölkə vətəndaşı Vidadi Cəfərovun idarə etdiyi "Toyoto Prado" markalı avtomobilə baxış keçiriblər.Maşının motorxanasında - avtomobilin işlək akkumulyatorunun altından, metal altlığının boşluqlarında gömrük nəzarətindən gizlədilən, ayrı-ayrılıqda yapışqanlı lentlə sarınan 11 ədəd bağlamada müxtəlif formalı və ölçülü sarı rəngli, qızıla oxşar metal kütlələr aşkarlanıb.Onların xalis çəkisi 7 kiloqramdan çox külçələr olduğu müəyyənləşib. Faktla bağlı araşdırma aparılır.