Ucarda zəlzələ oldu

19 İyun 2017 15:58

Ucarda zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar Zərdab stansiyasından 32 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss edilib. Təkanların maqnitudası 4.4, dərinliyi 34 km olub.