Həmsədrlər Bakıdadır

19 İyun 2017 10:58

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbayacana səfərə gəliblər. Onlar artıq Prezident İlham Əliyevin qəbulunda olublar. Vasitəçilər Bakıda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar aparıblar. Həmsədrlər bundan əvvəl Ermənistanda olublar. Onlar, həmçinin iyunun 12-də Dağlıq Qarabağda Azərbaycanın işğal olunan ərazilərinə gediblər. Azərbaycana səfərdən sonra həmsədrlərin bəyanat verəcəyi gözlənilir.