Görünməyən yol nişanları

19 İyun 2017 10:43

Paytaxtın bəzi küçə və prospektlərində quraşdırılan yol nişanları və işıqforlar müəyyən problemlər səbəbindən görünmür. Bu cür maneələrdən biri də həmin nişanların qarşısını kəsən budanmamış ağaclardır. Belə hallar qəzaları qaçılmaz edir. Necə??? Çox sadə... Sürücü hərəkət etdiyi yolda yol nişanlarını və ya işıqforu görmür və nəticədə bədbəxt hadisələr baş verir. Paytaxtda apardığımız müşahidələr nəticəsində belə problemli nişanların və işıqforların müəyyən ərazilərdə nəqliyyatın hərəkətinə mane olduğunun şahidi olduq. Sürücülər də görünməyən yol nişanlarına görə dəfələrlə qəza şəraiti yaratdıqlarını və cərimə edildiklərini bildirdilər. BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bu problemin hər il yaz fəsli ərəfəsində gündəmə gəldiyini və aparılan profilaktik tədbirlərə baxmayaraq yenə də bəzi yerlərdə görünməyən yol nişanlarının olduğunu bildirdi. Mütəxəssislər isə sürücülərin belə problemlərlə qarşılaşmaması üçün yol nişanlarının həmişə qanuna uyğun olaraq görünə bilən ərazilərdə quraşdırılmasını vacibliyini vurğuladı. Sürücülərin bu problemlə bağlı cərimə məsələsinə gəldikdə isə... Mövsümi budama vaxtları oktyabr ayının 15-dən aprel ayının 15-nə kimi həyata keçirilir. Bu zaman intervalında ağaclar inkişaf fazasını dayandırır və ağacları budamaq və sanitar təmizlik işləri aparılır.


TOĞRUL NƏSİRLİ