Gürcüstanda "Dostluq" sərgisi açıldı

17 İyun 2017 15:48

Tbilisidə Azərbaycanın Xalq Rəssamı Ömər Eldarovun və Gürcüstanın Xalq Rəssamı Merab Merabişvilinin əsərlərinin fotoşəkillərindən ibarət “Dostluq” sərgisi açılıb. Hər iki heykəltəraşın əsərlərinin 100-dən çox fotosu nümayiş olunub.Ölkələrimiz arasında mədəni əlaqələrin və dostluq münasibətlərinin inkişafı məqsədi ilə təşkil edilən sərgi iyunun 30-adək davam edəcək.


AZƏR MƏMMƏDOV