Avtobusların istiqaməti dəyişdirildi

17 İyun 2017 15:19

Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etmək üçün bu gündən 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik olunub. Bakı Nəqliyyat Agentliyindən bildirilib ki,  “Azneft” dairəsində yolda aparılan təcili təmir işləri ilə əlaqədar 5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası iyunun 14-dən dəyişdirilib. Bununla bağlı müvafiq marşrut xətti üzrə daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib.