Həkimlər peşə bayramlarını qeyd edirlər

17 İyun 2017 14:18

Həkim dedikdə xəstələrə şəfa verən, hər kəsin sağlamlığının keşiyində duran xilaskar yada düşür. Müsahibim Şahalı Əşrəfov da ömrünün 30 ilini  bu peşəyə həsr edib. Belə hallarda qayğı, səmimiyyət ən təsirli müalicə vasitəsidir. Şahalı Əşrəfov deyir ki, xəstələrə fərdi yanaşmaq, mənəvi dəstək olmaq həkimlərin müqəddəs borcudur. Gənclər arasında da bu məsuliyyətli peşəyə maraq göstərənlər az deyil. Rauf Ağayev 10 ildir həkim-travmatoloq kimi çalışır. Hərdən çətinliklərlə rastlaşsa da peşəsinə olan sevgisi bunun öhdəsindən gəlməyə kömək edir. Həkim öncə pasientin inamını qazanmalıdır. Əks halda etdiyi müalicə də əhəmiyyətsiz olur. Buna görə də həkim hər bir xəstə üçün fərdi müalicə üsulu tapmağı bacarmalıdır. Həkim olmaq böyük məsuliyyətdir. Yeri gəlmişkən, bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramı qeyd olunur. Çətin və şərəfli işlərində sağlamlığımızın keşiyində duranlara uğurlar arzulayırıq.  


RAMİL ZEYNALLI