Mühəndis istehkam bölmələri xüsusi təlim keçirib

15 İyun 2017 15:22

Azərbaycan Silahlı Qüvvələrinin mühəndis-istehkam birləşmələrinin taktiki-xüsusi təlimi keçirilib. Təlimlərdə birləşmələrin döyüşə hazır vəziyyətə gətirilməsi, сəmləşmə rayonuna marş, ərazidə yerləşmə, hücum əməliyyatında mühəndis təminatına hazırlıq və onun yerinə yetirilməsi üzrə tapşırıqlar məşq etdirilib. Təlim rəhbərləri və komandanlıq tərəfindən şəxsi heyətin praktiki hazırlığı, bacarıq və vərdişləri yüksək qiymətləndirilib.