"Qafqaz qartalı-2017" təlimləri başa çatdı

15 İyun 2017 13:49

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi yekunlaşıb. Vaziani hərbi bazasında başlayan “Qafqaz qartalı-2017” hərbi təlimlərində yanğının söndürülməsi, helikopterlə girovların azad edilməsinə dəstək, eləcə də digər əməliyyatlar həyata keçirilib. 3 ölkənin birgə hərbi təlimləri artıq üçüncü dəfədir ki, keçirilir. Əvvəlki iki təlimə Türkiyə ev sahibliyi edib.


AZƏR MƏMMƏDOV