Sağlamlıq imkanları məhdud gənclərin məşğuliyyəti

15 İyun 2017 10:47

35 yaşlı Daşqın Abbasov 5 ildir ki, əlil arabasına məhkumdur. Tikintidə baş verən qəzada onurğa sütunundan zədə alıb. Buna baxmayaraq heç də ümidini itirmir. Boş vaxtlarını faydalı işlər görməyə sərf edir. Bir-birindən maraqlı suvinerlər hazırlayır. O, həm də rəqslə maraqlanır. Rəqsə olan sonsuz marağı sayəsində DanceAbility metodologiyasının sirlərinə yiyələnməyə başlayıb. Fiziki əngəlli gənclərin əyləncəsini və istirahətini təmin etmək üçün musiqi və rəqs terapiyasından indi ölkəmizdə də istifadə olunur. Bu, həmin gənclərə stimul verir.  İndi əksər sağlamlıq imkanları məhdud gənclərin peşə reablitasiya mərkəzində fiziki əngəllilərə xüsusi diqqət və qayğı ilə yanaşılır. Dövlətin dəstəyi ilə onların istirahəti yüksək səviyyədə təmin olunur.


XƏYALƏ VAQİFQIZI