Bu buzovun quyruğu yoxdur

15 İyun 2017 10:25

Tovuz rayonunun Əsrik-Cırdaxan kənd sakini Yunis Nəsibovun təsərrüfatında maraqlı hadisə baş verib. Onun iribuynuzlu heyvanlarından biri qeyri-adi buzov balalayıb. 1 həftəlik buzovun quyruğu yoxdur. Bir neçə gün öncə doğulan heyvan rahat şəkildə hərəkət edir və digər buzovlardan seçilmir.İnəyin sayca 3-cü balası olan bu buzov təkcə təsərrüfat sahibini deyil, eləcə də kənd sakinlərinin də marağına səbəb olub. Onlar belə bir anomal hadisə ilə ilk dəfə rastlaşdıqlarını deyirlər. Mütəxəssislər bildirir ki, təbiətdə buna oxşar hadisələr irsi dəyişkənlik nəticəsində baş verir.


HİCRAN NƏSİBOVA