“Qafqaz qartalı 2017” davam edir

13 İyun 2017 18:04

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin “Qafqaz qartalı 2017” birgə təlimləri davam edir. Tiflis yaxınlığındakı Vaziani poliqonunda keçirilən təlimlərin növbəti mərhələsində üç ölkənin hərbçiləri şərti hədəfin məhv edilməsi, girovların azad olunması, yaralıların təxliyyə edilməsi və digər tapşırıqları yerinə yetiriblər. Təlimlərdə həmçinin hava komponentlərindən də istifadə olunub. “Qafqaz qartalı 2017” birgə hərbi təlimi artıq üçüncü dəfədir keçirilir. Təlimlərin məqsədi üç ölkənin xüsusi təyinatlı qüvvələri arasında əməkdaşlıq və qarşılıqlı əlaqənin dərinləşdirilməsi, bilik və təcrübələrin əldə olunmasıdır.