Bürclərə görə ailə qurmaq doğrudurmu?

13 İyun 2017 10:49

Bəzi insanlarda bürclərə inam hissi o qədər güclü olur ki, hətta ailə qurarkən belə bu onlar üçün əsas məsələyə çevrilir. Elə qəhrəmanlarımız Gülay və Yusif də məhz bürclərə inananlardandır. Tanış olduqları bu müddət ərzində Yusiflə Gülay özlərinin də dediyi kimi, bir-birinin xasiyyətini daha dərindən öyrənməyə çalışırlar. Hətta xarakter uyğunluqlarını bürclər vasitəsilə də təyin edirlər. Mütəxəssislərin fikrincə, bürclərin uyğunluğu astonomiya elmində təsdiq olunub. Çünki ünsürlərin həqiqətən də bir-birinə bağlılğı mövcuddur. Ekspertlərin dediyinə inansaq ulduzların verdiyi proqnozla ailə həyatı qurmaq olar. Şəhər sakinləri isə tam başqa fikirdədirlər. Keçirdiyimiz sorğuda iştirak edən respondetlərimizin əksəriyyəti ailəni məhz bürclərə görə qurulmasını doğru qərar hesab etmirlər. Məsələ ilə bağlı psixoloqların da fikrini öyrəndik. Onlar insanların bürclərə bu qədər bağlılığını şüuraltı təsirlərlə əlaqələndirdilər. Ulduzların müəyyən qruplar halında fiqur şəklində birləşdirilərək, bürc adı ilə adlandırılması astronomik bir məsələdir. Sonda onu da deyək ki, İslamda bürclər qaranlıq gecələrdə insanlara yol göstərməyin bir vasitəsi olaraq qəbul edilir və sırf astronomik məna daşıyır.


XƏYALƏ VAQİFQIZI