Qazaxda iki qardaş suda batıb

12 İyun 2017 19:44

Qazaxda iki qardaş suda batıb. Dəmirçilər kənd sakini 10 yaşlı Nihad və 8 yaşlı Lətif Mürşüdovlar kəndin ərazisində süni yaradılan göldə boğulublar. Qardaşlar ərazidə mal-qara otaran zaman gölməçədə çimmək istəyiblər. Suya girdikdən bir müddət sonra Lətif boğulmağa başlayıb. Bunu görən Nihad onu xilas etmək üçün suya girib. Lakin o da boğulub. Uşaqların bazardan evə qayıdan anaları İndira Bayramova onları mal-qara otardıqları ərazidə görməyib və axtarmağa başlayıb. Ana ekskvatorların çay kənarında qazdığı çalada yaranan gölməçənin yanından keçən zaman övladlarından birinin paltarlarını görüb. Əraziyə yaxınlaşan zaman gölməçədə oğlunun əlini görən ana ətrafdakıları köməyə çağırıb. Uşaqların hər ikisinin meyiti sudan çıxarılıb. Fakt araşdırılır.