Sumqayıtda uşaqlar sudan zəhərlənməyib...

12 İyun 2017 18:02

İyunun 7-dən bu günə qədər Sumqayıt şəhər Uşaq Xəstəxanasına ümumilikdə 186 nəfər müraciət edib. Bu sözləri kanalımıza açıqlamasında Sumqayıt Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli deyib. O, həmçinin vurğulayıb ki, uşaqların səhhətində problem yoxdur, hər şey nəzarət atındadır. Baş həkim tibb ocağına yeni daxil olan xəstələrə də münasibət bidlirdi. Dedi ki, onlarda yaranan problemlərin əksəriyyəti mövsümi xarakterlidir. Valideynlər isə övladlarının taleyindən narahatdırlar. Yaşanan hal yalnız kiçiklərdə deyil böyüklərdə də müşahidə olunub. "Azərsu” Açıq Səhmdar Cəmiyyəti rəsmi açıqlama yayaraq, uşaqlar arasında kütləvi zəhərlənmənin sudan olmadığını bəyan edib. Əraziyə baxış zamanı mənbə, magistral kəmər və şəbəkədən götürülən su nümunələrində ilkin fiziki-kimyəvi analizlər aparılıb və suyun keyfiyyətində dəyişikliklər, insan sağlamlığı üçün zərərli olacaq hal aşkarlanmayıb. İyunun 10-da H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində yaşayan 130-a yaxın uşaq zəhərlənmə diaqnozu ilə Sumqayıt şəhər Uşaq Xəstəxanasına yerləşdirilib. İlkin ehtimal kimi onların sudan zəhərləndiyi bildirilib. Hazırda araşdırmalar davam etdirilir. 


RAMİL ZEYNALLI