Azərbaycanda vulkan püskürdü

12 İyun 2017 15:33

Bakı şəhərindən 12 km şimalda palçıq vulkanı püskürüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, hadisə Keyrəki palçıq vulkanında baş verib. Prosess15 dəqiqəyə yaxın davam edib. Püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb. Sonuncu dəfə vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb.