Şəmkirdə 3 nəfəri ilan sancdı

12 İyun 2017 11:27

Şəmkirdə 3 nəfəri ilan sancıb. Rayonun Sarıtəpə kəndində yaşayan 41 yaşlı Nazilə Cəfərovanı ilan həyətyanı sahəsində işləyərkən sağ əlindən vurub. Dərhal xəstəxanaya çatdırılan yaralıya tibbi yardım göstərilib. Rayonun Zəyəm qəsəbə sakini 69 yaşlı Qaratel Hüseynova da sürünənin hücmuna məruz qalıb. Vəziyyəti qənaətbəxşdir. Analoji hadisə Bayramlı kəndində də yaşanıb.  48 yaşlı İsa Xudaverdiyev ilkin tibbi yardımdan sonra evə buraxılıb. İlan sancan hər üç şəxsə zərdab vurulub.


EMİN QULİYEV