Qərb bölgəsinə güclü dolu düşdü

10 İyun 2017 19:30

Qərb bölgəsinə güclü dolu düşüb. Tovuzun Xatınlı, Qaraxanlı və Əlimərdanlı kəndlərində təsərrüfata ciddi ziyan dəyib. Qazax şəhərinə, eləcə də ətraf kəndləri - Xanlıqlar, Çaylı, Ühməzli və Daş Salahlıya da güclü dolu yağıb. Meyvə ağaclarına ziyan vuran dolu daha sonra leysan yağışa çevrilib. Ağstafanın Eynallı və Köçəsgər kəndlərində də fərdi təsərrüfatlara, bağçılığa və əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda dəyən ziyanla bağlı hesablamalara başlanılıb.