"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edirilir - VİDEO



Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin 10 gün ərzində verilməsi təklif olunur.

Məsələ, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb.

“Dövlət rüsumu haqqında” qanuna edilən dəyişikliyə əsasən ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsi müddətinin uzadılmasına görə alınan dövlət rüsumları artırılır.

Belə ki, mövcud qanunvericiliyə görə, əmək fəaliyyəti ilə məşğul olmaq üçün, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsi 20 günə verilir. Dəyişiklikdə iş icazəsinin 10, 15 və 20 iş günü müddətinə verilməsi təklif olunur.

ARB 24


21 May 2019 13:55