ÜGT-nin beynəlxalq konfransı öz işinə başladı

07 İyun 2017 17:47

Gürcüstanda Ümumdünya Gömrük Təşkilatının informasiya texnologiyaları üzrə beynəlxalq konfransı öz işinə başlayıb. Bu sahədə bir sıra məsələlərin müzakirə olunduğu görüşdə qarşılıqlı informasiya mübadiləsi, eləcə də, yüklərin daşınması sahəsində ölkələrarası giriş və çıxışların məlumatlandırılması yönündə fikir mübadiləsi aparılıb. 40 ölkədən 300-dək nümayəndə heyətinin qatıldığı konfransda Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri də təmsil olunur.


AZƏR MƏMMƏDOV