“Azərbaycan Şərabçılığının və Pivə İstehsalının inkişafı”

05 İyun 2017 18:27

Paytaxt Bakıda Ümumrespublika şərab istehsalçıları və xarici qonaqlar bir araya gəlib. "Azərbaycan Şərabçılığının və Pivə İstehsalının inkişafı" adlı seminar “SPULT” şirkətinin təşkilatçılığı ilə keçirilib.Seminarın məqsədi “Made in Azerbaijan” brendinin inkişafı, dünyada tanıdılmasıdır. Tədbirdə Rusiya qida texnologiya universitetinin prorektoru Nikolay Martinenko, İqtisadiyyat, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və şərab istehsalçıları iştirak ediblər. Çıxış edən xarici nümayəndələr istehsalatda istifadə olunan müasir mayaların, tənzimləyicilərin düzgün istifadə olunmasının şərabların keyfiyyətli və daha dayanıqlı olmasına şərait yaratdığını vurğulayıblar. Bu gün ölkəmizdə şərabçılıq üzrə faəliyyət göstərən 36 müəssisənin yarıdan çoxu ixrac yönümlü şərablar istehsal edir. 


TOĞRUL NƏSİRLİ