Məzunların vakansiya sərgisi keçirildi

27 May 2017 18:07

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə məzunlar üçün vakansiya sərgisi təşkil edilib. 56 şirkətin iştirak etdiyi sərgidə universitetin məzunlarına 239 iş yeri təklif olunub. Neft-qaz sektoru, informasiya texnologiyaları və digər sahələrdə təhsilini başa vuran məzunlar da vakant yerlərə müraciət ediblər. Məzunların iş yerləri ilə təmin edilməsini təşkil etmək üçün bu kimi sərgilərin keçirilməsinin vacibliyi vurğulandı. Bildirildi ki, belə sərgilər əvvəlki illərdə də keçirilib və 100-dən çox universitetin tələbəsi bundan yararlanaraq iş yerləri ilə təmin olunub.