Buraxılış imtahanlarının nəticələri açıqlanıb - VİDEO



Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019-cu il mart ayı ərzində keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının I mərhələsinin və aprelin 7-də keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri elan olunub.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytında öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.

ARB 24


20 May 2019 12:50