Ölkənin inkişaf edən turizm infrastrukturu

05 May 2017 11:18

Dünyada sürətlə inkişaf edən iqtisadi sektorla yanaşı, turizm də gəlirli sahələrdən birinə çevrilib. Azərbaycanda turistlərin daha çox üz tutduğu bölgə isə şimal, şimal-qərb rayonlarıdır. Fəsildən asılı olmayaraq buraya yerli və xarici turist axını hər zaman müşahidə olunur. Əsrarəngiz təbiətə malik olan Xızı və Qubaya gələnlərin sayı ildən-ilə artır ki, bu da həmin ərazilərdə turistlərin istirahəti üçün yüksək səviyyədə şəraitin olmasından xəbər verir.  Turistləri bu bölgələrə cəlb edən digər amilsə coğrafi baxımdan təmiz havası və meşəli sıra dağların gözəl mənzərələridir. Azərbaycanda baş tutacaq iki mötəbər yarış “IV İslam Həmrəyliyi Oyunları” və “Formula 1” ilə əlaqədar olaraq respublikamıza xeyli sayda turistlərin gələcəyi gözlənilir. Məlumat üçün bildirək ki, Azərbaycana son üç ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25 % artıb.


TOĞRUL NƏSİRLİ