Bölgənin inkişaf edən balıqçılıq təsərrüfatı

01 May 2017 11:28

Kürüləmə mövsümünün başlaması ilə balıqartırma təsərrüfatlarında canlanma müşahidə olunur. Tovuz balıqartırma təsərrüfatı da ana  balıqların köçürülməsinə başlayıb.

Tovuz balıqartırma təsərrüfatında 2 növ balıq yetişdirilir. Hazırda kürüləmə nohurlarına 2700 ədəd  törədici çəki və 260 çapaq balığı buraxılıb. Bir ana balıq 200 mindən artıq kürü qoyur kürülərdən yalnız 5 faizi balıq olaraq yetişə bilir. Balıqartırma prosesi payız fəslinə qədər bir neçə dəfə təkrarlanır. Bu təsərrüfat növü 1990-ci ildə Şəmkir Su Elektrik Stansiyasının inşasından sonra Kür çayına dəyən ziyanı kompensasiya etmək məqsədi ilə qurulub. Ümumi sahəsi 115 ha ərazini əhatə  edir. 88 hektarı nohurların  payına düşür. Kürüləmə nohurunun ən dərin hissəsi 2 metr, ən dayaz yeri isə 50-60 sm-dir. Tovuz balıqartırma müəssisəsi Şəmkir dəryaçasında və Kür çayında balıq ehtiyatının artırılması üçün il ərzində 10- 12 milyon balıq körpəsi yetişdirir.


AYŞƏN NAMİQQIZI