Azərbaycana kütləvi valyuta daxil olur

29 Aprel 2017 12:54

Bakı Şopinq Festival Azərbaycanın birbaşa dünyaya inteqrasiya etməsinə imkan yaradır. Avropa və bir çox ölkələrdə bu praktika çoxdan mövcuddur. Festival çərçivəsində alınan malların üzərinə tətbiq olunan 18%-i əlavə dəyər vergisinin 10%-nin geri qaytarılması nəzərdə tutulur. Bu Taxfree sistemi vasitəsi ilə ödənilir. Şopinq Festival turislərin ölkəyə cəlb olunmasına da şərait yaradır.  Həmçinin "Made in Azerbaijan" brendinin dünya miqyasında təbliğinə başlanılıb. Bununla bağlı müvafiq sərəncam da imzalanıb. Bu ad altında bir çox Azərbaycan məhsulları dünya bazarına çıxarılıb. Xüsusi sahələr var ki, onlar üstünlük təşkil edir. Görülən tədbirlər və atılan addımlar Azərbaycan iqtisadiyyatının daha da inkişaf etməsinə şərait yaradacaq.


KƏBİRƏ TAĞIYEVA