Azərişıq gücləndirilmiş iş rejiminə keçib - VİDEO



Qərb bölgəsində hava şəraitinin kəskin dəyişilməsini nəzərə alaraq Azərişıq gücləndirilmiş iş rejiminə keçib.

Qrumun məlumatına görə, elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədi ilə Şəmkir, Daşkəsən və Gədəbəydə elektrik şəbəkələri üzrə növbətçilik üzərində nəzarət gücləndirilib, qabaqlayıcı tədbirlər görülüb.

Gecə saatlarında bəzi yerlərdə baş verən qəzaların nəticələri operativ aradan qaldırılır.

Qeyd edək ki, gecə Gəncə, Zaqatala və Qaxa dolu yağıb. Güclü külək əsib. Bir çox ərazilərdə ağaclar aşıb, elektrik və rabitə xətləri qırılıb. Elektrik verilişində fasilələr yaranıb. Dolu meyvə ağaclarına və avtomobillərə ziyan vurub.

ARB 24


20 May 2019 09:05