Turistlərin istirahət edə bilmədiyi turizm məkanları...

27 Aprel 2017 13:29

Zəngin tarixi, mədəni və təbii irs dünyanın hər yerindən qonaqları ölkəmizə cəlb edir. Azərbaycanın müxtəlif bölgələrində turizm sektorunun inkişafı üçün müvafiq işlər görülür. Hətta bu sahənin inkişafı üçün müvafiq dövlət proqramları da nəzərdə tutulub. Ötən illərlə müqayisədə ölkəyə gələn turistlərin sayı dəfələrlə artıb. Söhbət Tovuzun dağ kəndlərindən gedir. Yol boyu hərəkət etdikcə sərin və müalicəvi əhəmiyyətli bulaqlarla qarşılaşırıq. Ancaq turistlərin cəlb olunması üçün lazımı şərait yoxdur. Ayrı-ayrı bulaqlar müəyyən şəxslər tərəfindən özəlləşdirilib. Bu isə buraya turist axınını azaldır. Sözügedən bölgədə turizm mövsümü may ayından başlayır sentyabra qədər davam edir.  Şəxsi evini turistlərə kirayəyə verən Cəlil Ayvazovun sözlərinə görə, bu istirahət məkanına gələnlərin əksəriyyəti ölkə vətəndaşlarıdır. Əcnəbilərin buraya az gəlməsinin isə özünəməxsus səbəbləri var. Bu cür evlərin qiymətləri də mənzilin şəraitinə, göstərilən xidmətə və qaldığın müddətə görə dəyişir. Gələn turistlər yerli məhsullardan da istifadə  edə bilər. Yerli sakinlər  bura turist axınını müsbət qiymətləndirir. Kənd sakinləri  məhsullarını daha asan sata bilir. Bu arzuların reallaşması üçün çalışmaq lazımdır. Rayon mərkəzdən uzaqda olsa da Gürcüstan sərhəddinə yaxındır. Bu da Gürcüstandan, eləcə də Türkiyədən bura turistlərin gəlməsini asanlaşdırır.  Turistlərin isə məhz Tovuzu seçməsi üçün müəyyən tədbirlər görülməlidir.  Məsələni yerli rəsmi qurumlarla araşdırdıq. Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsindən bildirdilər ki, ay yarımdan sonra bölgədə turizm sektorunun inkişafı üçün işlər görüləcək. Bura səfər edənlərin rahatlığı üçün şərait yaradılacaq. Turizm infrastrukturu yenilənəcək. İndi qalır verilən sözün yerinə yetirilməsini gözləmək. 


KƏBİRƏ TAĞIYEVA