İlham Əliyev: "İkitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir" - VİDEO



"Azərbaycanda turizmin inkişafı sürətlə gedir. Çox şadam ki, müsəlman ölkələrindən olan turistlər Azərbaycana gəlirlər və onların sayı ildən-ilə artır".

Bu fikirləri Prezident İlham Əliyev, müqəddəs Ramazan ayı münasibəti ilə müsəlman ölkələrin Azərbaycandakı səfirlərinin və diplomatik nümayəndələrin rəhbərlərinin qəbulu zamanı deyib.

İkitərəfli formatda əlaqələrimiz uğurla inkişaf edir, deyən dövlət başçısı, münasibətlərin inkişafı üçün çox yaxşı şərait və imkanların olduğunu diqqətə çatdırıb.

ARB 24


17 May 2019 15:00