XİN Laçının işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yaydı - VİDEO



"Ermənistan anlamalıdır ki, Azərbaycan ərazilərinin işğal altında saxlanması heç zaman Ermənistanın güddüyü siyasi nəticələri verməyəcəkdir. Azərbaycan ərazilərinin işğalına əsaslanan status-quo dayanıqlı deyil və qəbuledilməzdir"

XİN-nin Laçının işğalının 27-ci ildönümü ilə bağlı yaydığı bəyanatda belə deyilir.

Bəyanatda bildirilir ki, 27 il bundan öncə, 18 may 1992-ci il tarixində, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasətinin davamı olan Laçın rayonunun işğalı nəticəsində bölgənin əhalisi etnik təmizləməyə məruz qalıb və hal-hazırda 77.518 nəfər Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

ARB 24



17 May 2019 13:30