Kompüterdən çox istifadə edənlər, diqqətli olun!

24 Sentyabr 2018 09:23

Qəhrəmanım Kərimdən fərqli olaraq əksər insanlar gününün çox hissəsini kompüterdən istifadə edir. Bu da zamanla gözlərin zəifləməsinə səbəb olur.  Görməyimizə problem yaradan amillərdən biri də müasir texnologiyalardan düzgün istifadə etməməyimizdir. Manitordan istifadə edərkən ekranın yuxarı hissəsi gözünüzlə bərabər olmalıdır. Göynəmə, qaşınma, quruluq və  ağrı gözlərinizin zəifləməsinin əlamətlərindən ola bilər.  Buna görə də, uzun müddət kompüterdən istifadə edənlərə qoruyucu eynəklərdən istifadə etmək məsləhət görülür. Mütəxəssislərin sözlərinə görə, kompüterin standart ölçüləri var. Bunun sistemində dəyişiklik etmək düzgün deyil.


SAMİR NAMİQOĞLU