Azərbaycanda kəpənəklərin sayı azalır

22 Sentyabr 2018 10:50

Təbiətə əsrarəngiz gözəllik qatan kəpənəklər, eyni zamanda faydalı bir həşərat növüdür. Faunamızda gündüz kəpənəklərinin 248 növü və 42 yarımnövü məlumdur. Bu növlərdən 16-sı və 2 yarımnöv Azərbaycanın "Qırmızı Kitabı"nın ikinci nəşrinə salınıb. Kəpənəklər kənd təsərrüffatında da önəmli rol oynayır. Taxıl, günəbaxan və digər strateji əhəmiyyətli bitkilərin məhsuldarlığı bilavasitə həşəratlardan, o cümlədən kəpənəklərdən aslıdır. Deməli bu zərif canlıların sayının azalması kənd təsərrrüfatına da təsirsiz ötüşməyəcək. Hazırkı dövrdə kəpənəklərin azalmasına rəvac verən əsas səbəblərdən biri onların öz təbii yaşayış mühitini itirməsi göstərilir. Digər amillərə gəlincə...  Nigar Yusifova hesab edir ki, nadir, sayı azalmaqda olan və nəsli kəsilmək təhlükəsi ilə üzləşən kəpənək növlərinin yayıldığı ərazilərdə xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması vacibdir.


AYNA MƏMMƏDOVA