Avtomobilsiz bir gün...

22 Sentyabr 2018 10:16

Ekspertlər deyir ki, fərdi avtomobillərlə təmin olunma ölkə üzrə 12 faiz, paytaxt üzrə isə 25 faizdən çoxdur. Bu isə o deməkdir ki, Azərbaycanda 1 milyon 200 minə yaxın fərdi minik avtomobili var. Bura yük avtomobili, traktor, avtobus kimi mexaniki vasitələri də əlavə etsək, rəqəm 1 milyon 400 minədək artar. Statistikadan göründüyü kimi, rəqəmlər ildən-ilə daha da artır. Avtomobillər həyatın ayrılmaz parçasına çevrilir. Psixoloqların yanaşması isə fərqlidir. Bir saat belə özünü avtomobilsiz təsəvvür edə bilməyənlər üçün avtomobilsizlik günü necə deyərlər əsl dərddir.Ümumdünya Avtomobilsiz Günündə hər kəsin diqqəti alternativ nəqliyyata yönəlir. Velosiped, diyircəkli konkilər, ictimai nəqliyyatın rolu artır, avtomobillərin istifadəsi isə məhdudlaşır. Bir gün hər kəs öz avtomobilindən imtina etməklə həm təbiəti, həm ekologiyanı, həm də insanları qoruyur.


AYŞƏ İSAZADƏ