Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı

19 Sentyabr 2018 11:03

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub. Mərasimdə dahi bəstəkarın keçdiyi ömür yoluna nəzər salınıb. Qeyd olunub ki, Üzeyir bəy göstərdiyi xidmətlərlə öz adını Azərbaycanın musiqi tarixinə əbədi olaraq həkk edib. Şərqdə ilk operanın banisi olan Üzeyir bəy həm də Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-mədəni həyatında yaxından iştirak edən böyük şəxsiyyətlərdəndir. Sənətkar Azərbaycan dövlət himninin bəstəkarıdır.Üzeyir bəy ənənələri davam edir. Azərbaycan musiqisi dünyanın hər yerində səslənir. Gecədə SSRİ xalq artisti, görkəmli bəstəkar Arif Məlikova “Şöhrət” ordeni təqdim olunub. Festival sentyabrın 28-dək davam edəcək.