Taksi sürücüləri hansı tələblərlə işləməlidir?

18 Sentyabr 2018 09:07

Bundan başqa, sürücülərin psixoloji durumu, sağlamlıq haqqında tibbi arayışı olmalıdır. Paytaxt ərazisinə yaxşı bələd olmaq da vacibdir. Rast gəlinən problemlərlə bağlı bir neçə taksi şirkəti ilə əlaqə saxlasaq da, şirkət təmsilçiləri məsələdən xəbərdar olub suallarımızı cavablandırmaqdan yayındılar. Sürücülərin davranışı ilə yanaşı, xüsusən pik saatlarda məsuliyyətsizlik və sərnişinləri aldatma ilə bağlı problemlərə də rast gəlinir. Bəzi şirkətlərə məxsus taksi sürücüləri özləri qəsdən ünvana gec çatmalarında maraqlı olduqlarını gizlətmirlər. Ekspertlər fikrincə, gediş haqlarının artıq alınması kimi problemlərlərlə qarşılaşanların Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər. Taksi xidmətindən istifadə edən sərnişinlərin tutarlı sübutları varsa, daşıyıcı şirkəti birbaşa məhkəməyə vermək hüquqları da var.


SAMİR NAMİQOĞLU