Gürcüstandakı soydaşlarımız dövlət dilini bilməlidirlər

18 Sentyabr 2018 08:27

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət dilini bilməli və dövlət qurumlarında təmsil olunmalıdırlar. Bunun üçün ilk təhsil ocaqlarında dövlət dilinin öyrənilməsinə diqqət yetirilməlidir. Bu fikirlər Gürcüstanda soydaşlarımızın yığcam yaşadığı kəndlərdə "Bilik Günü" münasibətilə keçirilən tədbirlərdə səsləndirilib. Qardabani rayonundakı Qaracalar kənd orta məktəbi 2010-cu ildə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunub. Məktəbdə 750 şagird Azərbaycan və gürcü bölmələrində təhsil alır. Onların təhsil, təlim və tərbiyəsi ilə 53 müəllim məşğul olur. 2017-2018-ci tədris ilinin sonunda Gürcüstanda 80 Azərbaycan dilli məktəbdə təhsil alan şagirdlərin sayı 15 min 150 nəfər olub. Azərbaycan hökuməti onların təhsili ilə bağlı məsələləri diqqətdə saxlayır. Bu il də Azərbaycanın Təhsil Nazirliyi soydaşlarımıza 25 minə yaxın dərslik göndərib.


AZƏR MƏMMƏDOV