Azərbaycan hərbi güc reytinqində irəlilədi

17 Sentyabr 2018 10:19

Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017-ci illə müqayisədə 5 pillə irəliləyərək 53-cü mövqedə qərarlaşıb. Bu göstərici "Globalfirepower" portalının 2018-ci il üçün hazırladığı siyahıda qeyd olunub. Azərbaycan bu göstəriciyə görə qonşuları Gürcüstanı 29, Ermənistanı isə 31 pillə geridə qoyur. Türkiyə ötən il ilə müqayisədə 1 pillə geriləyərək 9-cu sıraya düşüb. İran isə 8 pillə irəliləyərək 13-cü yerə yüksəlib. Reytinqdə dünyanın hərbi gücünə görə ən qüdrətli dövləti yenə də ABŞ-dır. Onun ardınca Rusiya, Çin və Hindistan qərarlaşıb. Dövlətlərin hərbi gücü müəyyən edilərkən 50 müxtəlif amil nəzərə alınır. Burada silahlarla yanaşı, coğrafiya, təbii ehtiyatlar, əhalinin sayı və digər məqamlar da diqqətdən keçirilir.