Azərbaycan dəyərləri xaricdə necə təbliğ olunur?

17 Sentyabr 2018 08:21

Azərbaycanın tarixi, milli mənəvi dəyərləri xaricdə yaşayan soydaşlarımız tərəfindən də təbliğ edilməlidir. Bu fikirlər Tbilisidə Azərbaycanın bu ölkədəki muzeylərinin yeni mövsümdə görəcəyi işlərlə bağlı keçirilən görüşdə səsləndirilib. Bildirilib ki, yaxın vaxtlarda Gürcüstanın dövlət muzeylərinin fondlarında saxlanılan Azərbaycana aid maddi və qeyri-maddi mədəni irs nümunələri toplanaraq geniş ictimaiyyətə təqdim olunacaq. Toplantıda həmçinin Gürcüstanda fəaliyyət göstərən, iki ölkə arasında dostluq və mədəni əlaqələrin inkişafında xüsusi xidmətləri olan jurnalistlərə diplom və təşəkkürnamələr təqdim edilib. Mükafatlandırılanlar arasında ARB24 telekanalının Gürcüstan üzrə müxbiri Azər Məmmədov da olub.


AZƏR MƏMMƏDOV