Gürcüstanda beynəlxalq konfrans keçirildi

13 Sentyabr 2018 08:48

"Azərbaycan DəmirYolları" QSC beynəlxalq yüklərin daşınması, xüsusən Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətinin genişlənməsində mühüm rol oynayır. Bu fikirlər Gürcüstanın paytaxtı Tbilisidə keçirilən "Argus Xəzər-Qara dəniz nəqliyyat dəhlizi 2018" V beynəlxalq konfransında səsələndirilib. Toplantıda əsasən Xəzər və Qara dəniz regionlarında yükdaşımaların dinamikası – yeni meyillər və imkanlar, Azərbaycan-Gürcüstan nəqliyyat dəhlizi – tranzit yükdaşımaları və inkişaf potensialı, həmçinin digər məsələlər müzakirə olunur. Toplantıda iri neft, nəqliyyat-logistika şirkətlərinin, neft emalı zavodlarının, terminalların, gəmiçilik şirkətlərinin, treyderlərin, habelə Rusiya, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Bolqarıstan, Rumıniya, Türkiyə, İran, Özbəkistan, Şərqi və Qərbi Avropa ölkələrinin dövlət orqanlarının və əlaqədar nazirliklərinin nümayəndələri iştirak edirlər.


AZƏR MƏMMƏDOV