Məhərrəm ayı başladı

11 Sentyabr 2018 08:19

Bu gün hicri təqvimi ilə Məhərrəm ayı başlayır. Aşura sentyabrın 20-nə təsadüf edəcək. Oktyabrın 11-də başlayacaq səfər ayı noyabrın 8-də başa çatacaq. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız Qafqaz Müsəlmanları İdarəsinin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir.