Gürcüstanda niqab və çadra qadağan ediləcəkmi?

10 Sentyabr 2018 15:31

Gürcüstan parlamentinin Vətənpərvərlər Alyansı Partiyasının deputatı Emzar Kvitsiani İnzibati Xətalar Məcəlləsinə düzəlişlər layihəsi hazırlayıb. Sənədə əsasən, meydan, park, bütün ictimai ictimai yerlərdə niqab və çadradan istifadəyə görə 500 lari təxminən 190 dollar məbləğində cərimənin tətbiq olunması nəzərdə tutulub. Niqab və çadradan təkrar istifadəyə isə 1500 lari yəni, 572 dollar məbləğində cərimə olunması istənilir. Layihədə qeyd olunub ki, düzəlişlərin hazırlanması son illər Gürcüstana gələn turistlərin sayının artması ilə bağlıdır: “Üzü bağlayan geyimlər şəxsin identifikasiyasına imkan vermir və bu da terrorizm təhlükəsi yaradır. Hüquqşünaslar isə bu cür qərarın Gürcüstanda reallaşmasını mümkün hesab etmirlər. Turizm şirkətləri də təklif olunan bu layihədən narahatdırlar, səbəb kimi isə ölkəyə islam ölkələrindən gələn qonaqları itirmək qorxusudur.Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev isə müxalifətin irəli sürdüyü bu təklifin elə müxalifətin öz maraqlarına hesablandığını deyir.Bu günə qədər bəzi Avropa ölkələrində niqab və çadraya artıq qadağa qoyulub bu isə Avropa ölkələrinə islam ölkələrindən üz tutan turistlərin sayında ciddi azalmaya səbəb olub.


AZƏR MƏMMƏDOV