V.Putindən Azərbaycan Prezidentinə xüsusi DİQQƏT

08 Sentyabr 2018 13:54

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiyaya səfərini şərh edən, bu ölkənin nüfuzlu “Kommersant” nəşri iki ölkə liderləri arasında yaşanan maraqlı məqama toxunub. Sitat: "Mətbuat üçün bəyanatlardan sonra Vladimir Putin protokol üzrə İlham Əliyevi “Boçarov Ruçey” iqamətgahının artırmasına qədər ötürməli və özü "Sirius”a getməli idi. Amma bunun əvəzinə o, İlham Əliyevlə yenidən xəlvətə çəkildi, hansı ki, onların ətrafındakılar bunu gözləmirdi və iqamətgahın ən sakit guşələrindən birində onunla daha bir saat təkbətək söhbət etdi". “Kommersant” qəzeti belə yazıb. Qeyd edib ki, Prezident İlham Əliyevlə görüş Putinin “Boçarov Ruçey”dəbaşqa ölkələrdən olan həmkarları ilə apardığı danışıqlardan həm də bu xüsusi məqamla fərqləndi.