Gürcüstanın baş naziri Azərbaycana səfərindən danışdı

07 Sentyabr 2018 14:19

"Bizə yaxın qonşu və dost ölkə olan Azərbaycana səfərim çox məhsuldar və hər iki tərəf üçün çox mühüm bir səfər oldu". Bu sözləri baş nazir Mamuka Baxtadze səsləndirib. Onun sözlərinə görə, Bakıda Azərbaycan ilə Gürcüstan arasında birgə iqtisadi layihələr və bu sahədə mövcud olan bəzi problemlər müzakirə edilib. Baş nazir yeni regional, o cümlədən enerji sektoruna aid layihələrin bundan sonra da fəal şəkildə müzakirə olunacağını xüsusi qeyd edib. Bildirib ki, Bakıya səfəri çərçivəsində Avropa və Çin ilə olduğu kimi, Azərbaycanla da azad ticarət zonasının yaradılmasına dair müqavilənin daha effektiv olmasına təkan verəcək yeni birgə müəssisələrin yaradılması barədə razılıq əldə edilib. Baş nazir eyni zamanda, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və Bakıda bu məsələnin də müzakirə mövzusu olduğunu bildirib.


AZƏR MƏMMƏDOV