“TURAZ Şahini - 2018” davam edir

07 Sentyabr 2018 10:30

Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində “TURAZ Şahini-2018” birgə taktiki-uçuş təlimləri davam edir. Manevrlərə qatılan pilotlar ətrafı tanıma uçuşlarını icra ediblər.  Uçuşlardan öncə təyyarəçilər üçün təlimin qaydaları barədə müxtəlif brifinqlər təqdim olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.