Balıqdan gələn təhlükə...

07 Sentyabr 2018 09:59

Dediyimiz əks hal Şabranda baş verdi, 7 nəfər hisə verilmiş balıqdan zəhərləndi. Elə onlar da bu alıcılar kimi məhsulun keyfiyyətinə laqeyd yanaşıblar. Satıcılarda da vəziyyət fərqli deyil. Nə qədər qəribə səslənsə də, onlar da bu məhsulların piştaxtaya hardan və necə gəlməsindən xəbərsizdirlər. Bu məlumatsızlıq elə ciddi fəsadlara səbəb ola bilər ki, eyni ilə sonrakı peşmançılığın fayda vermədiyi kimi. İstər Şabranda baş verən hadisə, istərsə də apardığımız müşahidələr vəziyyətin heç də ürəkaçan olmadığını göstərir. Bazarlarda antisanitar vəziyyətdə satılan balıq və balıq məhsulları çox ciddi problemlərin mövcudluğundan xəbər verir. Ekspertlər də mövcud durumla bağlı həyəcan təbili çalırlar. Bəs istehlakçılar bu cür məhsulları alarkən nəyə diqqət yetirməlidirlər? Qida Təhlükəsizliyi Agentliyi də məsələ ilə bağlı hərəkətə keçib. Qaldı nəticəsini görmək. Nəticə olarsa, balıqdan zəhərlənmə kimi xoşagəlməz hallar bir daha təkrarlanmaz. Axı insan həyatı hisə verilmiş balıqdan daha dəyərlidir.


GÜNDÜZ MƏMMƏDOV