İsrail mətbuatı: Yəhudi icması məhz burada...

05 Sentyabr 2018 10:54

“Azərbaycanlılara xas olan multikulturalizm və tolerantlıq sayəsində yəhudi icması məhz burada özünün minillik ənənələrini qoruyub saxlayıb. Müstəqil Azərbaycanın rəhbərliyi ölkənin 25 minlik yəhudi icmasına zəruri maliyyə köməyi və mənəvi dəstək göstərir”. İsrailli xanım jurnalist İris Qorlet İsraildə çıxan nüfuzlu “Maariv” qəzetində dərc olunan “Müqəddəs əmək” sərlövhəli məqaləsini Azərbaycanın yəhudi icmasının həyatına, məşhur Qırmızı qəsəbəyə, Azərbaycan cəmiyyətinin multikulturalizm və tolerantlıq amilinə həsr edib. Yazıda qeyd olunur ki, Sovet İttifaqındakı yəhudilərin çoxu intensiv assimilyasiya proseslərinə məruz qalıb, onlar yəhudi bayramlarından və mərasimlərindən uzaqlaşıblar. Azərbaycan yəhudiləri isə antisemitizm və milli mənsubiyyətə görə təqibin nə demək olduğunu heç vaxt bilməyiblər. Bu ölkədə yəhudi icmasının nümayəndələrinə qardaşcasına səmimi münasibət Azərbaycan tolerantlığının parlaq nümunəsidir.